• $
  • €
  • ₽
  • ₺
  • £

NASA alimi: “Marsa üç günə getmək olar”

NASA alimi: “Marsa üç günə getmək olar”
01.03.2016 00:27
Yüz il qabaq birinci transatlantik uçuşa 23 gün vaxt getdi. Bir azdan Mars planetinə uçmaq üçün də bizə təxminən o qədər vaxt lazım olacaq. Bundan ötrü lazer texnologiyasının təkmilləşdirilməsi lazımdır.

usatoday.com belə yazır. NASA alimi Philip Lubin-in sözlərinə görə, yanacaq əsaslı raket mühərrik sistemi foton əsaslı sistemlə əvəz edilərsə, kosmik səyahətlər zamanı sürət əhəmiyyətli dərəcədə arta bilər. Elmi izaha görə, Yerin orbitində lazerlərdən ayrılan işıq zərrəcikləri kosmik gəminin üzərindəki "böyük, əksedici yelkən”də əks olunaraq hərəkətverici qüvvə yaradacaq. Bu da, gəmini inanılmaz sürətlə lazım olan yerə çatdıracaq.

Amerikalı fizik Philip Lubin-in təklif etdiyi sistem raket mühərriklərdə kimyəvi reaksiyalara deyil, elektromaqnit raket sürətləndiricisinə əsaslanır. Yanacağa ehtiyac olmadığından raketin çəkisi xeyli yüngülləşəcək. Alimin izahına görə, "mövcud mühərrikin sürəti kimyəvi reaksiyaların sürəti ilə məhdudlaşırsa, elektromaqnit sürətləndiricisi yalnız işıq sürəti ilə məhdudlaşacaq”.

Lubin qeyd edir ki, onun mühərrikinə "çox güclü işıq mənbəyi” lazım olacaq. Alim təfərrüatları açıqlamadan bildirir ki, onun sistemində güclü keçiricilik qabiliyyətinə malik olan maqnit həlqələrdən istifadə ediləcək. Lubin-in hesablamalarına görə, 220 kiloqramlıq zond Mars planetinə 72 saata –üç günə çata bilər. Ancaq böyük, pilotlu gəminin ora çatmasına təxminən bir ay lazım olacaq. Ekspertlər hesab edirlər ki, hal-hazırda mövcud olan sistem insanı Marsa ancaq 5 aya çatdıra bilər. Lubin-in daha fantastik bir fikir də səsləndirir. O bildirir ki, "foton mühərrik” Günəş sistemindən kənara çıxmaq üçün də imkanlar açacaq. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol