Kerri Rusiya ilə işlədiklərini deyir

ABŞ Dövlət katibi John Kerry deyir ki, Birləşmiş Ştatlar və Rusiya Suriyada yalnız terrorçu kimi tanınmış qrupların bombalanmasını təmin etməkdən ötrü birgə mexanizm üzərində işləyir.
Kerry fevralın 29-da mətbuat konfransında deyib ki, rusiyalı həmkarı Sergei Lavrov-la danışıb, tərəflər razılaşıblar ki, 27 fevral atəşkəsinin pozulduğu halları araşdırsınlar.
"Nusra, yaxud Daesh-ə qarşı missiyaların ayrılmasını təmin edəcək mexanizm üzərində daha artıq işləyəcəyik,” Kerry deyib. Daesh İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının slenq adıdır, Nusra isə Al-Qaeda-nın Suriya qanadıdır.
ABŞ və Rusiyanın Suriyada razılaşdırdığı atəşkəs bu iki terrorçu qruplaşmaya aid deyil.
Kerry deyib ki, hər iki ölkənin təmsilçiləri atəşkəs pozuntularını bir-bir araşdıracaq, məhz bu iki qruplaşmadan birinin vurulub-vurulmadığını müəyyənləşdirəcək. /Azadliq.org
www.ann.az
























