• $
  • €
  • ₽
  • ₺
  • £

Rekord əməli yaddaşa malik smartfon təqdim olundu

Rekord əməli yaddaşa malik smartfon təqdim olundu
02.03.2016 22:10
Dünyada ən nazik smartfon istehsalçısı olan Çinin "Vivo" şirkəti  Pekində keçirilmiş tədbirdə rəsmən yeni "Vivo Xplay 5" qabaqcıl smartfonunu təqdim edib. 

Bu qurğu 6 QB əməli yaddaşa malik ilk smartfondur.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, aparat iki versiyada əlçatan olacaq.

Hər iki versiya metal korpus, 2560 x 1440 piksel 5.43 düym "Super Amoled" displeyi, 3600 milliamper/saat tutumlu akkumulyator batareyası, "4G" dəstəyi, 8 meqapiksellik (MP) ön və 16 MP arxa kameralar, həmçinin barmaq izi skaneri və sürətli enerji doldurma texnologiyası ilə təchiz ediliblər. Hər iki versiya "FunTouch OS" interfeysinə malik "Android 6.0 Marshmallow" sistemi ilə işləyir.

"Vivo Xplay 5 Elite Edition" adlı model 6 QB əməli yaddaş və 128 QB daxili yaddaş, dördnüvəli "Qualcomm Snapdragon 820" prosessoru ilə təchiz edilib. Qeyd edək ki, "Samsung Galaxy S6/S7 edge" smartfonunda olduğu kimi, sözügedən modelin displeyinin sol və sağ tərəfləri dəyirmidir.

"Vivo Xplay 5" adlı model isə düz ekran, səkkiznüvəli "Qualcomm Snapdragon 652" prosessoru və 4 QB tutumunda əməli yaddaşla təchiz edilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol