Gürcüstan “Qazprom”la razılaşdı

Gürcüstan Rusiyanın qaz nəhəngi "Qazprom" şirkəti ilə razılığa gəlib.
ANN.Az-in ans press-ə istinadən məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze Moskvadan Gürcüstanın təklifinə müsbət cavab gəldiyini bildirib.
Onun sözlərinə görə, "Qazprom"Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin cari ilin sonunadək qüvvədə qalmasına razılaşıb. Bu qərara əsasən, Gürcüstan əvvəlki kimi 10% qaz alacaq.
Qeyd edək ki, Rusiyanın "Qazprom” şirkəti ilə Gürcüstanın imzaladığı əvvəlki müqavilənin müddəti 2015-ci ilin dekabrın 31-də başa çatıb. Gürcüstanın energetika naziri ilə "Qazprom”un rəhbəri Aleksey Millerin görüşü isə 2015-ci ilin sentyabrın 25-də Brüsseldə baş tutmuşdu.
www.ann.az
























