• $
  • €
  • ₽
  • ₺
  • £

Milyarder puluna belə qənaət edir – İNANILMAZ FAKTLAR

Milyarder puluna belə qənaət edir – İNANILMAZ FAKTLAR
10.03.2016 21:40
Pula qənaət etmək üçün "second-hand” mağazalarından, bazarlardan geyim almağa üstünlük verirəm.

Oxu.Az "The Guardian” nəşrinə istinadən xəbər verir ki, bunu adı dünyanın ən varlı insanlarının siyahısına daxil edilən İKEA korporasiyasının sahibi, biznesmen İnqvar Kamprad bəyan edib.

"Mənim yeni aldığım əşyalarım olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Mən bununla müsbət nümunə olmaq istəyirəm”, - Kampard bildirib.

Bu milyarderin qənaətcillik barədə ilk bəyanatı deyil. Belə ki, 2008-ci ildə isveç nəşrinə verdiyi müsahibəsində o, Amsterdamda bərbərin saç kəsimi üçün ondan 22 avro istədiyini bildirib.  

Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini bildirib.

Qeyd edək ki, İKEA – Niderlandın istehsalat-ticarət şirkətidir (baş ofisi Cənubi Hollandiyada Delft şəhərindədir). Təsisçisi isveç sahibkarı İnqvar Kampraddır.

O, öz işinə 1943-cü ildə başlayıb, 1948-ci ildə artıq İsveçdə ilk mağazasını açıb. Korporasiyanın adı onun şəxsi İnqvar Kamprad (İK), Elmtarys (E)- ailə fermasının və oxuduğu Agunnaryd (A) kəndin adının baş hərflərindəndir.

Hazırda Kamprad dünyanın ən varlı insanlarından biridir. 2010-cu ildə onun sərvəti 23 milyard dollardan ibarət idi, bu isə ona "Forbes” reytinqində 11-ci yeri təmin edirdi.

O, həmçinin dünyanın ən zəngin xeyriyyə təşkilatı olan Stichting İNGKA Foundation Niderlandiya fondunun sədridir, onun aktivləri 36 milyard dollara çatır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol