Barıt zavodunda partlayış

Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb. ANS PRESS-in məlumatına görə, 39 yaşlı zavod işçisi bu gün regional yanıq mərkəzində dünyasını dəyişib. Kişi xəstəxanaya bədənin 100% yanığı ilə çatdırılmışdı.
Tambov xəstəxanalarında partlayış zamanı xəsarət alan daha 2 nəfər qalmaqdadır. Hadisə zamanı 1 nəfər yerindəcə 3 nəfər xəstəxanada dünyasını dəyişib.
www.ann.az
Tambov barıt zavodunda yanğın və sonradan partlayış martın 11 Moskva vaxtı ilə saat 12:30-da baş verib. Qurumun rəsmi məlumatına görə, insident hazır məhsulun qablaşdırılması zamanı baş verib.
Faktla bağlı Rusiya Federasiyasının istintaq komitəsində əmək təhlükəsizliyi qaydalarının pozulması və nəticədə 2 və daha çox insanın vəfat etməsi maddəsi ilə cinayət işi açılıb.
www.ann.az
























