• $
  • €
  • ₽
  • ₺
  • £

Finlandiya xalqı dünyada ən savadlı xalqdır

Finlandiya xalqı dünyada ən savadlı xalqdır
14.03.2016 13:09
Finlandiya xalqı dünyanın ən savadlı xalqıdır, - yeni tədqiqat bu nəticəyə gəlib. Tədqiqatı Yeni Britaniya adasında yerləşən Central Connecticut Dövlət Universiteti aparıb.

200 ölkənin əhalisinin "savadlı davranış xarakteri”ndən tutmuş yazıb-oxumaq bacarığına, akademik göstəricilərinə, kitabxanaların, məktəblərin keyfiyyətinə, ölkənin kompüter təchizatına qədər, bir çox amillər nəzərə alınıb.

Siyahıda ikinci yerdə Norveç, üçüncü yerdə İslandiyadır, növbəti yerlər: Danimarka, İsveç, İsveçrə.

ABŞ yeddinci, Almaniya səkkizinci, Latviya doqquzuncu, Niderland onuncu, Kanada on birinci, Fransa 12-ci, Britaniya 17-ci yerdədir.

Sonuncu yeri isə Botsvana tutub. Ondan əvvəl İndoneziya, sondan ikinci yerdə isə Tailand gəlir.

Tədqiqatı aparan universitetin prezidenti John Miller deyib: Finlandiya, Norveç, İslandiya, Danimarka, İsveç ona görə ilk beş yeri tutublar ki, onların "monolit mdəniyyətində oxumaq dəyərdir”.

Fin yazıçı Tove Jansson'un "Moomin" seriyasından kitablar dünyada məşhurdur.

Başqa bir fin yazıçı, debüt romanı "White Hunger” bugünlərdə Beynəlxalq Man Booker mükafatının uzun siyahısına düşmüş Aki Ollikainen deyib:

"Bizim ölkələrimizdə məktəb, oxumaq, yüksək səviyyəli təhsil icbaridir, həm də işçi sinif üçün əlçatandır. Müəllimlik, təhsil çox yüksək qiymətləndirilir.

Mən fəxr edirəm ki, Fin məktəb sistemi, həmçinin kitabxanaları hamıya açıqdır. Hər kəsin öyrənməyə, oxumağa bərabər imkanı var. Finlandiyada biz buna adi şey kimi öyrəşmişik, amma dünyada bu, lüks hesab olunur.” /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol