• $
  • €
  • ₽
  • ₺
  • £

Əfzələddin Xaqani gürcü mətbuatında

Əfzələddin Xaqani gürcü mətbuatında
14.03.2016 22:00
Gürcüstanın "Sputnik Gruzia" səhifəsi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin bir şeirini və şair haqqında, onun gürcülərə məhəbbəti haqqında yazı çap edib.

Şeir gürcü və rus dilində təqdim olunub. Azərbaycan dilinə hərfi tərcümə etsək, şeir belə başlanır:

Mən bir gürcü gözəlini sevdim, elə sevdim,

Onunla söhbət etməkçün gürcü dilin öyrəndim,

Neçə kərə dedim: "Modi, modi, modi"...

"Modi" gürcü  dilindən tərcümədə "gəl" deməkdir. Yazıda deyilir ki, Xaqani başqa şeirlərində də gürcü sözlərindən istifadə edib, bu, onu deməyə əsas verir ki, şair gürcü dilini bilib.

19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində yaşamış tanınmış iranlı alim və yazar Said Nəfisi məxsusi Gürcüstana gedib ki, Xaqaninin şeirlərindəki sözlərin mənalarını öyrənsin.

Said Nəfisi Gürcüstan səfərindən sonra deyib:

"Xaqani öz şeirlərində masa arxasında gedən söhbətlərin təsvir edir. Gürcüstana getməsəydim, bu şeirləri başa düşməyəcəkdim." /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol