• $
  • €
  • ₽
  • ₺
  • £

Partiyasının uğursuzluğu Merkelə risk yaratmır

Partiyasının uğursuzluğu Merkelə risk yaratmır
14.03.2016 17:53
Kansler Angela Merkelin Xristian Demokrat İttifaqı miqrantlara görə xeyli mandat itirib

Reuters agentliyinin xəbərində deyilir ki, Almaniya seçiciləri miqrantlara "açıq qapı” siyasətinə görə kansler Angela Merkelin mühafizəkar partiyasını "cəzalandırıblar”.

Almaniyanın üç regionunda üç il bundan əvvələdək mövcud belə olmayan antimiqrant Almaniya üçün Alternativ (AfD) partiyası böyük nailiyyət əldə edib.

Merkelin Xristian Demokrat İttifaqı (CDU) Almaniyanın üç torpağında – Baden-Vürtemberq, Reynland-Palatinat və Saksoniya-Anhalt regionlarında xeyli mandat itirib. Buna baxmayaraq CDU-SDP koalisiyası ölkənin şərqindəki torpaqlarda ən çox mandat sahibi olaraq qalır.

Merkelin kanslerliyinə təhlükə yoxdur

Almaniya təhlilçiləri bidirirlər ki, bu, almanların Merkelin "açıq qapılar” siyasətinə etirazının göstəricisi olub.

Lakin onlar həm də deyirlər ki, bütün bunlara baxmayaraq, Angela Merkel kanslerliyə dördüncü dəfə namizədliyində real rəqiblə qarşılaşmayacaq.

Teneo Intelligence araşdırma mərkəzindən Carsten Nickel deyib ki, seçki nəticələri CDU-nun daxilində səs-küy yaradacaq, lakin Merkelin kanslerliyi indilik riskdən kənardır.

Seçicilərin narahatlığına cavab olaraq xanım Merkel ölkəyə miqrant axınını cilovlamağı və Türkiyə ilə mühüm miqrant razılaşmasını hasilə gətirməyi vəd edib.

Lakin bütün hallarda bu seçkilər Almaniyanın antimiqrant AfD partiyası üçün uğur sayıla bilər. Onlar artıq Almaniyanın 16 regional məclisindən 5-də təmsil olunurlar.

Populistlər populyarlaşır

Partiya ən yaxşı dəstəyi Saksoniya-Anhaltda alıb. Burada ilkin proqnozlara görə antimiqrantçılara seçicilərin 24 faizindən çoxu səs verib. CDU səslərin 30 faizindən bir qədər çoxunu qazanıb.

Onlar Saksoniyada artıq hətta müxalif Sosial-Demokrat Partisyasını (SPD) geridə qoyublar. Burada SPD-nin səslərinə CDU göz qoymuşdu.

Təhlilçilər bildirilər ki, AfD-nin yüksəlişi Avropa İttifaqında ifrat sağların populyarlaşmasından xəbər verir.

Bu vəziyyətlə bağlı Almaniya Yəhudilərinin Mərkəzi Şurasının keçmiş rəhbəri Charlotte Knobloch ciddi narahatlığını bildirib.

Baden-Vürtemberq əyalətində Yaşıllar ilk dəfə olaraq hamıdan çox səs toplayıblar. Burada onların səslərin 30, CDU-nun isə 27 faizinə sahib olacağı gözlənilir.

Bu əyalət 50 ildən də uzun müddətdə hakim CDU-nun istehkamı sayılırdı.

CDU-dan özünü Merkelin xələfi kimi təqdim edən Julia Kloekner Reynland-Palatinatda mandatını itirib. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol