• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyədə daha bir terrorun ola biləcəyinə dair xəbərdarlıq edib

ABŞ Türkiyədə daha bir terrorun ola biləcəyinə dair xəbərdarlıq edib
15.03.2016 13:32
Həmin xəbərdarlıqda diplomatik missiyaların yerləşdiyi ərazilərin, meydan, ibadət və turistik yerlərin də təhülkəli olduğu vurğulanıb

ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinə göndərilən informasiyalarda martın 20-də daha bir terror hücumunun olacağı ilə bağlı xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Məlumata görə, həmin xəbərdarlıqda amerikalı sərmayəçilər və ailələrinin terrorun hədəfi olacaq dövlət və hökumət binaları olan yerlərdən, ictimai binalardan, hərbi hissələrin olduğu ərazilərdən uzaqda durmaları məsləhət görülüb.

Həmin xəbərdarlıqda diplomatik missiyaların yerləşdiyi yerlərin, meydan, ibadət və turistik bölgələrin də təhülkəli olduğu vurğulanıb.

"Novruz həftəsonuna təsadüf edir. Ona görə də xoşagəlməz hadisələr ola bilər. Bu həftə üçün nəzərdə tutduğunuz səyahətlərinizin tarixini dəyişdirin. Ailəniz və yaxınlarınızı vəziyyətdən xəbərdar edin", - xəbərdarlıqda bildirilib.

ABŞ-ın Türkiyədəki səfirliyi Ankarada "Kızılay" meydanında törədilən terrordan iki gün öncə hadisənin baş verəcəyi haqda xəbərdarlıq edibmiş.

Qeyd edək ki, Ankarada martın 13-də törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol