• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın ən məşhur prokuroru azərbaycanlı milyarderə qarşı

ABŞ-ın ən məşhur prokuroru azərbaycanlı milyarderə qarşı
23.03.2016 18:30
ABŞ-ın Mayami şəhərində həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab barəsində sanksiya verən baş prokuror Prit Bharara türklər tərəfindən mesaj yağışına tutulub. Bharara da pərəstişkarlarına cavab verib.
 
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, Rza Zərrab barəsindəki ittihamnaməni hazırlayan Nyu Yorkda Cənub Bölgəsinin baş prokuroru Prit Bhararanın Twitter hesabı açıqlanıb.
 
Belə ki, sözügedən əməliyyatdan əvvəl baş prokurorun 2 min 500-ə yaxın izləyəni olub. Lakin bu say 24 saat içində 102 min 500-ə çıxıb. Və amerikalı prokurorun Twitter hesabındakı izləyənlərinin haradasa hamısını türklər təşkil edir. Baş prokurora müraciət edən türklər, "Türkiyədən istədiyiniz bir şey varmı? Türk rakısı, şiş kabab, lokum, türk xalçası… İstəməyiniz kifayət edir, qulluğunuzdayıq”, "Qardaş, xanımını da al gəl, gözləyirik”, "Bizimkilərin bacara bilmədiklərini siz bacardınız, yanınızdayıq” kimi mesajlar atıblar.
 
Preet Bharara da öz rəsmi hesabından ona edilən müraciətlərə belə cavab verib: "Şiş kababı sevirəm. Amma sadəcə olaraq öz vəzifəmi yerinə yetirdiyim üçün belə hədiyyələri qəbul edə biləcəyimi düşünmürəm. Rza Zərrab yaxında Manhattan məhkəməsində amerikan ədaləti ilə üzləşəcək.”
 
Baş Prokuror Hindistan əsillidir. 48 yaşı var. 2009-cu ildə Nyu Yorkda adi prokuror olub. Sonra 25 fərqli ölkələrə göndərilib. Əsasən qanunsuz silah və narkotik maddələrin ticarəti ilə məşğul olanları ifşa edərək Nyu Yorkda məhkəmə qarşısına çıxarıb.
 
Qeyd edək ki, R.Zərrab İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir və ona 75 il həbs cəzası verilməsi istənilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol