Suriyanın qədim şəhəri yenə də mühasirədə

Bəşər Əsədə sadiq qüvvələr UNESCO irs siyahısında olan şəhəri İŞİD-dən azad etməyə çox yaxındır.
Suriya qoşunları İŞİD-in nəzarətində olan qədim Palmira şəhərinə yaxınlaşır. ANS PRESS-in məlumatına görə, Bəşər Əsədə sadiq qüvvələr UNESCO-nun Dünya İrs siyahısına düşmüş şəhər yaxınlığındakı ərazilərdən ekstrimistləri sıxışdıra bilib.
Suriya ordusunun bütün istiqamətlərdən hücuma keçəcəyi gözlənilir.
Suriya İnsan Haqqları Müşahidə qrupunun məlumatına əsasən qoşunlar artıq qədim şəhər viranəliklərindən 2 kilometr cənubda qərarlaşıb. Qoşunlar cənubdan və qərbdən bir neçə yüksəklikləri tutub. Ordunun bütün istiqamətlərdən hücuma keçəcəyi gözlənilir.
Suriya ordu qüvvələri mart ayının əvvəlindən Rusiyanın hava zərbələrinin dəstəyi ilə Palmiranın geri alınması üçün əməliyyata başlayıb. Ötən həftə Rusiya ordusu, Vladimir Putinin "dünya sivilizasiyasının incisi” adlandırdığı şəhərin geri alınmasına yardım etmək üçün şəhər üzərində 25-ə yaxın aviareyd həyata keçirib.
İŞİD terrroçu qruplaşması şəhərin qədim viranəliklərinin olduğu hissəni ötən ilin may ayında ələ keçirib. Ekstrimistlər həmin şəhərdə 2 min il yaşı olan 2 məbədi, 1 qədim alaqapını, matəm qüllələrini dağıtmaqla dünya ictimaiyyətinin hiddətinə səbəb olmuşdu.
BMT-nin mədəniyyət və elm təşkilatı sayılan UNESCO Palmiradakı qədim abidələrin məhv edilməsini müharibə cinayətinə bərarabər tutmuşdu.
www.ann.az
























