Brüssel terrorunun III kamikadzesindən yen xəbər

Brüsseldəki partlayışlardan öncə qaçdığı zənn edilərək axtarışa verilən üçüncü kamikadze Najim Laakraouinin də öldüyü ortaya çıxıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis qaynaqları Laakraouinin hava limanınındakı ikinci partlayışda özünü partlatdığını təsdiqləyib. 24 yaşlı Najim Laakraoui İŞİD-in bomba mühəndisləri sırasında yer alırdı. Brüsselin Şarbek səmtində yaşayan Laakraoui elektrik mühəndisliyi ixtisasını bitirib. 18 yaşında olarkən Belçikada cihatçı qruplara qoşulub. Onun adı 2009- cu ildə Misirin paytaxtı Qahirədə 17 yaşlı bir gəncin öldürülməsində, eyni zamanda 24 nəfərin yaralandığı bir cinayətdə hallanırdı. 2013- cü ildə Suriyaya gedərək İŞİD qruplarına qoşulub. DNA-sına Paris terrorunda istifadə edilən bombada rast gəlinmişdi. O zamandan bəri Fransa və Belçika polisi tərəfindən axtarışa verilmişdi.
www.ann.az
























