• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrə Belçikaya təyyarə və qatar səfərlərini dayandırdı

İsveçrə Belçikaya təyyarə və qatar səfərlərini dayandırdı
25.03.2016 09:49
Belçikada törədilən terror aktı öz ağır nəticələrini göstərməyə başlayıb.
 
ANS PRESS-in məlumatına görə, terrorun təsir etdiyi ilk ölkələrdən biri də İsveçrə olub. 
Belə ki, İsveçrə Belçikaya təyyarə və qatar səfərlərini dayandırıb. Adıçəkilən ölkənin hava yolu şirkəti olan SWISS-dən verilən açıqlamada qeyd edilir ki, məhdudiyyət ötən gün axşamdan başlayıb. Qadağa martın 28-dək davam edəcək. Bazar ertəsinə qədər Belçikanın bütün şəhərlərinə olan təyyarə reysləri təhlükəsizlik səbəbilə dayandırılıb. 
 
İsveçrə dəmir yolları CFF-də eyni məzmunlu açıqlama yayaraq birbaşa və dolayı yollarla olan bütün səfərlərin təxirə saldığını deyib. 

Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında  və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb.
Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar.  Partlayışı törətməkdə şübhəli bilinən 3 nəfərdən  ikisi ölüb,  biri isə qaçıb. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol