Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı

Yekaterinburqda azərbaycanlıların kriminal "sxodkası”nın qarşısı alınıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 30-da axşam Rusiya FTX və Mütəşəkkil cinayətlə mübarizə idarəsinin əməliyyatçıları Yekaterinburqda Kosmanavtı küçəsindəki kafedə əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində kafedə olan 160-dan çox adam saxlanılıb, onların əksəriyyəti Yekaterinburqa Sverdlovsk, Perm və Rusiyanın bir sıra digər şəhərlərindən gələn azərbaycanlılar olub.
Onların hamısı mütəşəkkil cinayətlə mübarizə bölməsinə gətiriliblər.
"Kafeyə baxış zamanı əməliyyatçılar böyük sayda kontrafakt spirtli içkilər müsadirə ediblər”, - Rusiyanın DİN Sverdlovsk vilayəti üzrə Dövlət İdarəsinin mətbuat katibi Valeri Qorelıx bildirib.
Hüquq-mühafizə orqanı əməldaşlarının məlumatına görə, "sxodka” avtoritetlərdən birinin Azərbaycan diasporuna gələn maliyyəni nəzarət altına almaq istəyən Ağayar adlı şəxsin ad günü münasibəti ilə təşkil edilib.
www.ann.az
























