• $
  • €
  • ₽
  • ₺
  • £

Reytinq: ​Qətər dünyanın ən zəngin ölkəsidir

Reytinq: ​Qətər dünyanın ən zəngin ölkəsidir
02.04.2016 16:17
Qətər ÜDM-in adambaşına düşən həcminə görə dünyanın ən zəngin ölkəsi seçilib.
 
"Report" ABŞ-ın "Global Finance Magazine" jurnalının araşdırmasına istinadən bildirir ki, bu ölkədə adambaşına düşən ÜDM 146 min dollar təşkil edib. İlk üçlüyə həmçinin Lüksemburq (94 167 dollar) və Sinqapur (84 821 dollar) daxil olub.
 
Qeyd edək ki, reytinq 185 ölkə üzrə tərtib olunub və Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun göstəriciləri əsasında hesablanıb. Araşdırmada hər bir ölkədəki inflyasiya və həyatın nisbi dəyərini özündə birləşdirən alıcılıq qabiliyyəti pariteti nəzərə alınıb.
 
Azərbaycan bu siyahıda adambaşına 18 913 dollarlıq ÜDM ilə 64-cü yerdə qərarlaşıb. Ermənistan isə 7 748 dollarla 116-cı sıranı tutub. Rusiya reytinqdə 51-ci, Latviya 52-ci, Belarus 65-ci, Türkmənistan 77-ci, Ukrayna 109-cu, Özbəkistan 127-ci, Moldova 132-ci, Qırğızıstan 142-ci, Tacikistan isə 153-cü sırada yer alıb.
 
Postsovet ölkələrindən ən zəngin ölkə kimi Litva 41-ci sırada, Estoniya 42-ci sırada qərarlaşıb. Bu ölkələrdə adambaşına ÜDM məbləği müvafiq olaraq 28 245 dollar və 27 729 dollar təşkil edib. Onları 50-cı sırada Qazaxıstan (25 367 dollar) izləyir. Top-25-ə həmçinin Bruney, Küveyt, Norveç, BƏƏ, Honq-Konq, ABŞ, İsveçrə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Niderland, İrlandiya, Avstraliya, Avstriya, İsveç, Almaniya, Tayvan, Kanada, Danimarka, Oman, İslandiya, Belçika və Fransa daxildir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol