Çin də Qarabağda sülhə çağırdı

Çin ümid edir ki, tərəflər Qarabağ münaqişəsi ilə bağlı yaranmış mövcud gərginliyi danışıqlar yolu ilə həll edəcəklər.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xun Ley keçirdiyi brifinqdə deyib.
"Biz ümid edirik ki, tərəflər təmkin və sakit davranış nümayiş etdirərək mövcud gərginliyi dinc danışıqlar yolu ilə aradan qaldıracaqlar", - deyə Xun Ley bildirib.
www.ann.az
























