• $
  • €
  • ₽
  • ₺
  • £

Ted Cruz Donald Trump üzərində mühüm qələbə çaldı

Ted Cruz Donald Trump üzərində mühüm qələbə çaldı
06.04.2016 13:18
Respublikaçıların Viskonsin ştatında keçirilən həlledici praymerisində Ted Cruz Donald Trump-a qalib gələrək onun "Ağ Evə yürüşünə” ağır zərbə endirib.

Bu ştatda keçirilən demokrat praymerisində Hillary Clinton da məğlubiyyətə uğrayıb.

Donald Trump-ın məğlubiyyəti o deməkdir ki, milyarder artıq iyul ayında keçiriləcək Respublikaçılar Konventinədək ona lazım olan sayda seçki nümayəndəsi toplaya bilməyəcək.

Belə olduğu halda ABŞ prezidentliyinə kimin namizəd olmalı olduğunu konvent həll edə bilər.

"The Reuters” yazır ki, Cruz-un qələbəsi Respublikaçılar Partiyasından ziddiyyətli milyarder Trump-ın namizədliyi barədə təşviş və narahatlıq keçirən vəzifəli partiya üzvlərinə rahatlıq gətirib.

Demokratların yarışında Bernie Sanders qalib gələrək Hillary Clinton-un bu yarışdakı üstünlüyünü azaldıb.

İndiyədək keçirilmiş prayemrilər nəticəsində Trump-ın 737, Cruz-un isə 481 seçki nümayəndəsi vardı. Prezident seçkilərində namizəd olmaq üçün minimum 1237 nümayəndənin toplanması zəruridir.

Trump-a qarşı vahid cəbhə

Hazırda Cruz və Ohayo qubernatoru John Kasich Trump-i bu məqsədə yetişməkdən məhrum etməklə namizədlik məsələsinin konventə çıxarılmasına çalışırlar.

Reuters yazır ki, mühafizəkar Texas senatoru Cruz-un bu prayemeridə qələbəsinə ştatın respublikaçı qubernatoru Scott Walker-in rəsmi dəstəyi kömək edib.

Respublikaçılar Partiyasının rəhbərliyi narahatdır ki, Trump rəsmi namizəd olarsa, öz partiyasına seçkidə məğlubiyyət gətirə bilər.

Viskonsin praymerisindən əvvəl Donald Trump öz kampaniyasında bir sıra bağışlanmaz taktiki səhvlərə yol vermişdi.

Əvvəllər də qadınlar barəsində ziddiyyətli mülahizələr irəli sürən Trump son çıxışında abort edən qadınların cəzalandırılmalı olduqlarını söyləmişdi.

Bu arada onun seçki meneceri də bir qadın jurnalistə qarşı zorakılığa yol vediyinə görə ittihamla üzləşib.

Bu səbəblərdən qadın elektoratın Trump-a olan münasibətinin kəskin dəyişdiyi üzə çıxmışdı.

Reuters/Ipsos çərşənbə axşamı keçirdiyi rəy sorğusu Cruz-un ölkə miqyasında da Trump-dan irəli çıxdığını göstərib.

Halbuki bir ay bundan əvvəl Cruz Trump-dan 20 xal geridə qalırdı. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol