• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb

BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb
12.04.2016 12:24
Dinc sakinlər arasında da ölənlər var.

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, Cenevrədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarın İdarəsinin məlumatlarını açıqlayıb. 

"İdarənin məlumatına görə, Dağlıq Qarabağda bu günlərdə baş verən hərbi əməliyyatlar nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar”, - Dyujarrik bildirib və əlavə edib ki, köçkünlərin əksər hissəsi regionun şimali-şərq hissəsindəndir.

İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıb. 

Qaçqınlardan bəziləri zorakılıqdan qorunmaq üçün son 20 ildə bir neçə dəfə yaşayış yerlərini dəyişməli olduqlarını bildiriblər. 

"Qaçqınlarla İş İdarəsi dinc əhalinin həlak olması, evlərin və infrastrukturun dağılması haqqında da məlumat alıb”, - baş katibin nümayəndəsi bildirib. 

İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni köçkünlərin humanitar ehtiyaclarına reaksiya üçün yardım təklif edilib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol