• $
  • €
  • ₽
  • ₺
  • £

Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq

Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq
12.04.2016 12:59
Konqres komitəsi 38-27 səs çoxluğu ilə, büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan Dilma Rousseffin impiçmentini tövsiyə edib

Braziliya prezidenti Dilma Rousseff-in impiçment prosedurundan yan keçmək arzularına böyük zərbə vurulub.

65 üzvü olan konqres komitəsi 38-27 səs çoxluğu ilə, artmaqda olan büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan prezidentin impiçmentini tövsiyə edib.

Bu barədə tam heyətdə konqres səsverməsi aprelin 17-də və ya 18-də keçiriləcək.

Bu məsələ Braziliyada ciddi ictimai gərginlik yaradıb və polis ölkə paytaxtı Braziliada prezidentə tərəfdar və əleyhdar olanların mümkün kütləvi etiraz aksiyalarına hazırlaşır.

Bir çox təhlilçilər komitədə keçirilmiş səsverməni simvolik hesab edirlər, lakin onun nəticəsinə konqresdəki səsvermənin nəticəsi barədə proqnoz kimi də baxılır.

İmpiçment barədə qərarın Senata göndərilməsi üçün aşağı palatada keçiriləcək səsvermədə ona 342 deputatın tərəfdar olması tələb olunur.

Estadao qəzetinin rəy sorğusu 292 leyhinə, 115 əleyhinə və 106 bitərəf proqnozunu göstərib.

İmpiçment, yoxsa çevriliş?

Son vaxtlar populyarlığı xeyli azalmış prezident dövlət neft nəhəngi Petrobrasla bağlı korrupsiya qalmaqalına görə tənqid edilir.

Sadə braziliyalılar arasında keçirilmiş rəy sorğuları əksəriyyətin impiçmenti dəstəklədiyini göstərsə də, hakim İşçi Partiyası, impiçment təşəbbüsünü demokratik yolla seçilmiş hökumətə qarşı parlament çevrilişi kimi qiymətləndirir.

Hakim partiya rəsmiləri deyirlər ki, xanım Rousseff rəsmi qaydada Petrobrasla bağlı korrupsiya iddiaları ilə günahlandırılmır.

Baş prokuror Jose Eduardo Cordozo da "heç bir cinayət törətməmiş”, "bir qəpik də oğurlamamış” prezidentin impiçmentini çevriliş cəhdi adlandırıb.

Müxalifət bir az tələsib…

Əgər impiçment qərarı komqresin aşağı palatasından keçərsə, Senatda onun təsdiqi üçün adi çoxluq kifayət edəcək.

Bu halda müxalifətdən olan vise-prezident Michel Temer prezident səlahiyyətlərini öz üzərinə götürəcək.

Bu məsələ ilə bağlı da başqa bir qalmaqal yaşanır. Mətbuat Temerin "xalqa müraciətinin” artıq indidən hazırlanmış layihəsi barədə təfərrüatları dərc edib.

Müxbirlər deyirlər ki, Temerin özünün də impiçmentə düşəcəyi mümkündür və buna görə də ola bilsin, o çıxış hazırlamaqda bir qədər tələsib. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol