İstanbulda Rusiyanın qətldə şübhəli bilinən iki casusu tutuldu

Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli şöbəsi ilə təhlükəsizlik idarəsinin İstanbulda keçirdiyi birgə əməliyyat nəticəsində Rusiyanın iki casusu tutulub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnov çeçen komandiri Vahid Edelgirievin qətlində şübhəli bilinirlər. Sui-qəsd 2015-ci il noyabrın 1-də İstanbulda törədilib.
Onlar suallara cavab verməkdən imtina edib. Məhkəmə Rusiyanın hər iki vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.
www.ann.az
























