• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Su-24-ləri ABŞ hərbi gəmisinin 9 metrliyindən uçub

Rusiyanın Su-24-ləri ABŞ hərbi gəmisinin 9 metrliyindən uçub
14.04.2016 14:58
Xəbər verilir ki, Rusiyanın hərbi təyyarələri ABŞ-ın eskadra gəmisinin üzərinə "məşq hücumu” edib

Rusiyanın iki hərbi təyyarəsi bazar ertəsi və çərşənbə axşamı ABŞ-ın eskadra minadaşıyanı üzərindən dəfələrlə "aqressiv” şəkildə qıy vurub.

Xəbərlərdə deyilir ki, iki Su-24 taktiki bombardmançısı Baltik dənizinin beynəlxalq sularında ABŞ gəmisinə son dərəcə yaxın gəlsə də, onların silahlı olmadığı ehtimal edilir.

"Hücum imitasiyası”

ABŞ rəsmilərindən biri Rusiya təyyarələrinin bu uçuşunu "yaxın yaddaşdakı ən aqressiv akt” adlandırıb.

USS Donald Cook eskadra minadaşıyanının komandiri uçuşları "hücum imitasiyası” kimi qiymətləndirib.

Rəsmilər bildirirlər ki, Rusiya döyüş təyyarələrinin ucuşları "təhlükəli və potensial baxımdan təxribat məqsədli” olub.

Xəbər verilir ki, bir məqamda Su-24 gəminin 9 metrliyindən keçib.

ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın bu hərəkəti 1970-ci illərə aid "dənizdə təhlükəli insidentlərin yolverilməzliyi” normalarını pozub.

Bununla belə, Vaşinqtonun rəsmi nota verib-verməyəcəyi məlum deyil.

Həmin hadisə zamanı Rusiyaya aid bir helikopter də gəminin üstündən 7 dəfə uçaraq foto-video çəkilişlər aparıb.

İnsan tələfatı ola bilərdi

Hadisə baş verən zaman "Donald Cook” gəmisində Polşa helikopter heyəti ilə desant təlimləri keçirilirdi.

ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının məlumatında deyilir ki, hadisə ilə bağlı təlimlər dayandırılıb.

Ertəsi gün Rusiyaya məxsus KA-27 hərbi helikopteri gəminin üzərində dəfələrlə alçaqdan uçub, bunun ardınca hava məkanına təyyarələr daxil olub.

Xəbər verilir ki, təyyarələr ingilis və rus dillərində edilən xəbərdarlıqlara məhəl qoymayıb.

ABŞ komandanlığı "təhlükəli və qeyri-peşəkar uçuş manevrləri” ilə bağlı narahatlıq bildirib.

Bəyanatda deyilir ki, bu hərəkətlər zamanı kiçik bir ehtiyatsızlıq insan itkisi ilə nəticələ bilərdi.

Rəsmi Vaşinqton insidentin təhlil edildiyini bildirib. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol