• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikanın Bəşər Əsədə qarşı "B planı" üzə çıxdı

Amerikanın Bəşər Əsədə qarşı "B planı" üzə çıxdı
14.04.2016 14:06
"Müxalifətə müasir silahlar verilə bilər"

Wall Street Journal Suriyada barışığın baş tutmayacağı təqdirdə ABŞ-ın "B planı" barədə xəbər tutub.

Qəzet məmurlara istinad edərək yazır ki, sülh prosesi nəticə verməsə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və onun regional tərəfdaşları Suriya müxalifətini daha güclü silahlarla təchiz etməyə hazırdır.

Bu silahlar hökumət təyyarələrinə və artilleriya mövqelərinə zərbələr endirməyə imkan verəcək. Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, MKİ öz müttəfiqlərini inandırıb ki, onlara yalnız barışığın ("A" planı) pozulacağı və hərbi əməliyyatların bərpa olunacağı təqdirdə silah satılacaq.

Rusiyanın Xarici İşlər Nazirliyi Wall Street Journal-ın bu yazısına münasibət bildirib.

Rusiya XİN-in rəhbərinin müavini Sergey Ryabkov deyib:

"Biz "B" planı barədə heç nə bilmirik, onu heç kim bizimlə müzakirə etməyib. Biz atəşkəs rejimi üzərində işləyirik. Əgər sözügedən "B" planı həqiqətən də mövcuddursa bu, dərin narahatlıq və böyük təəssüf doğurur... Mən ümid edirəm belə bir plan mövcud deyil."

"HIS Jane's Defence Weekly" nəşri isə aprelin 7-də bildirib ki, atəşkəs rejiminə baxmayaraq ABŞ Suriya müxalifətinə silah satmaqda davam edir. Jurnal ABŞ-ın dövlət satınalmaları sistemində "tərkibində partlayıcı maddələrin olduğu hərbi yüklərin" daşınmasına dair sənədlər aşkar edib.

İçərisində qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və onlara aid sursatlar olan onlarla konteyner İordaniyaya çatdırılıb. Yüklərin yekun mənzili qeyd olunmasa da jurnalın ekspertləri onların məhz Suriya müxalifəti üçün nəzərdə tutulduğunu güman edirlər.

Suriyada atəşkəs rejimi fevralın 27-dən bəri qüvvədədir. Barışıq bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan "İslam dövləti", "Əl-Qaidə"nın Suriya qanadı sayılan "Nusra Cəbhəsi" təşkilatlarına, habelə BMT-nin terrorçu kimi tanıdığı digər qruplaşmalara şamil edilmir.

ABŞ nümayəndələri bundan əvvəl də barışıq planının nəticə verməyəcəyi təqdirdə "B" planının nəzərdən keçirilməsinin mümkünlüyünü qeyd etmişdilər. Ancaq onun nədən ibarət olduğuna aydınlıq gətirməmişdilər. Moskva buna bənzər bəyanatları sülh prosesinin pozulmasına yönəlmiş "vicdansız və riyakar oyun" adlandırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol