• $
  • €
  • ₽
  • ₺
  • £

Analitik: Ermənistan məğlub oldu və gülünc əlaltıya çevrildi

Analitik: Ermənistan məğlub oldu və gülünc əlaltıya çevrildi
18.04.2016 11:15
Ermənistana hərbi məğlubiyyətin rüsvayçılığını gətirən dördgünlük müharibə xarici siyasətdə əsas dönüş məqamlarından biri ola bilərdi. 

Ermənilərin gənc nəsli daha rusların kolonial köləsi vəziyyətində olmaq istəmir və Rusiyaya münasibətini bildirdi.  

Ermənistan hakimiyyəti və ola bilsin, generalitet üçün baş verənlər siyasi baxımdan əhəmiyyətli bir şey olmadı və elita ruslardan vassal asılılığını davam etdirməyə üstünlük verir.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur erməni analitiki İqor Muradyan "Lragir.am” saytında yazıb.

"Bir müddət əvvəl V. Putinin müşavini mənə deyirdi ki, Qarabağın ABŞ tərəfindən tanınması istiqamətində kiçik bir cəhd ermənilər üçün fəlakətlə nəticələnəcək. Görünür, erməni hakimiyyəti də bu məntiq çərçivəsində mövcuddur.

Erməni hakimiyyəti zəifdir, qorxaqdır və xarici siyasətlə məşğul olmaq iqtidarında deyil. Ölkələrinin mövqeyini möhkəmləndirmək üçün Yerevana müxtəlif rus generalları gəlir. 

Rusiya Ermənistana rüsvayçı məğlubiyyət yaşadıb və onu əmr edilən yerdə dayanmağa hazır olan, sözə qulaq asan vassal rolunda təqdim edib. 

Ruslar azərbaycanlılara silah satışına qarşı arqument kimi, yenidən ermənilərə silah vəd edirlər.

Ermənilər bu məsələni beynəlxalq planda qaldırmayıblar, bu unuduldu. Ermənistan yalnız döyüş meydanında məğlub olmadı. Ermənistanın məğlubiyyəti daha böyükdür və o, növbəti dəfə gülünc əlaltıya çevrildi”, - Muradyan, cəbhədə baş verən son hadisələri şərh edərək yazıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol