• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ-dan “gileylidir”

İran ABŞ-dan “gileylidir”
20.04.2016 11:51
Nüvə sazişini imzalamasına baxmayaraq İran hələ də dollardan istifadə edə bilmir

ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif, ötən il Tehran və dünya gücləri arasında əldə olunmuş tarixi nüvə sazişinin "razılaşdırıldığı şəkildə icra olunması məsələlərini” müzakirə ediblər.

John Kerry BMT-nin iqamətgahında jurnalistlərə deyib ki, o və həmkarı sözü gedən sazişin, imzalanmış sənəddəkinə tam dəqiq uyğun şəkildə icra edilməsi istiqamətində birgə işləmək barədə razılığa gəliblər.

Dövlət katibi deyib ki, bu, sazişin verməli olduğu mənfəətlərin reallaşması üçün lazımdır.

Təcili məsələ

Bu görüşdə müzakirə edilmiş məsələnin təcililiyi həm də Kerry-nin bu bəyanatından bəlli olur: "Biz bir daha görüşəcəyik ki, bir növ bu gün haqqında danışdıqlarımızı qətiləşdirək”.

Dövlət katibi deyib ki, cənab Zarif-lə növbəti görüşü elə bu cümə gününə nəzərdə tutulub.

Onlar BMT-də Paris iqlim sazişinin imzalanması mərasıminın kuluarlarında görüşəcəklər.

Cənab Zarif deyib ki, görüşdən məqsəd İranın nüvə sazişindən əldə etməli olduğu faydaların gerçəkləşdirilməsi yollarının müzakirəsi olub.

Lakin nə Kerry, nə də Zarif dediklərinin mahiyyətini xırdalamayıblar.

ABŞ rəsmiləri bazar ertəsi bildirmişdilər ki, cənab Kerry Zarif-lə, üzərindəki sanksiyaların qaldırılmasına baxmayaraq, Tehranın hələ də dünya maliyyə sisteminə tam nüfuz edə bilməməsi məsələsini müzakirə etməliydilər.

2015-ci ilin iyul ayında imzalanmış nüvə sazişində Tehranın öz nüvə proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırması müqabilində, İran üzərindəki ABŞ, Avropa İttifaqı və BMT sanksiyalarının yüngülləşdirilməsi və qaldırılması nəzərdə tutulur.

Obama İran üçün yol axtarır

Tehran Birləşmiş Ştatlara müraciət edərək onu öz bank sistemində İrana qarşı məhdudiyyətlərin ləğvi üçün daha çox iş görməyə çağırıb.

İran tərəfi bildirib ki, hazırkı vəziyyətdə xarici investorlar cərimələrdən qorxaraq Tehranla iş birliyində ehtiyatlılıq nümayiş etdirirlər.

ABŞ-ın mövcud xarici siyasəti ABŞ banklarına İranın dollar əsaslı maliyyə əməliyyatlarını həyata keçirməyi qadağan edir.

Lakin Ağ Ev rəsmiləri deyirlər ki, Obama administrasiyası qeyri-ABŞ banklarının İranla əlaqələrdə dollardan istifadəsinə şərait yaratmağa çalışır.

Dövlət Departamentinin sözçüsü John Kirby bundan əvvəl bəyan etmişdi ki, Kerry, həmçinin Suriya hökumətinin vətəndaş münaqişəsini dayandırması üçün İranın ona təsir etməsi məqsədilə Zarif-ə təzyiq göstərəcək.

Lakin Reuters agentlyi xəbər verir ki, görüşdən sonra nə Kerry, nə də Zarid Suriya məsələsindən danışmayıblar.

(Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol