• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan yeni təhsil sisteminə keçir

Qazaxıstan yeni təhsil sisteminə keçir
25.04.2016 11:56
Qazaxıstanda birinci sinifər yeni tədris ilindən beşgünlük tədrisə keçəcəklər. Yeni sistemdə qazax, rus və ingilis dilləri eyni vaxtda öyrədiləcək.

Bu, təhsil və elmin inkişafı dövlət proqramı ilə bağlı atılan addımlardan yalnız biridir. Təhsil və elmin inkişafı dövlət proqramına 2016-cı ildə azı 3 milyard vəsait ayrılıb.

"İNSAN DAHA ÇOX OXUMALI, TEZ BAŞLAYIB, GEC BİTİRMƏLİDİR"

Bu fikirlər Qazaxıstanın təhsil və elm naziri Erlan Saqadievə aiddir. Nazir deyir ki, insanlar öz funksional biliklərini bacardıqları qədər inkişaf etdirməlidir:

"Bu proqram çörək deyil - onu nə kəsmək, nə ixtisar etmək olar. Bu, ciddi elmdir. Uşaq onu mənimsəməlidir. Ümumi təhsil proqramı ona görə ixtisar edilir ki, şagirdlərə funksional biliklər verən modelə keçilsin”.

Erlan Saqadiev əlavə edib ki, Qazaxıstan təhsilin yalnız bilik vermə formasından geri çəkilməlidir, bu formada adam "sadəcə çoxlu məlumat xatırlayır”.

MİNLƏRLƏ ŞƏXS TƏHSİL PROSESİNİN UZANMASINA QARŞIDIR
 
Ancaq yeni qaydaların bəzisi bir çox üazaxıstanlının ürəyincə deyil. 5 günlük təhsil sistemini sosial şəbəkələrdə əksəriyyət dəstəkləyirsə, tədris ilinin uzadılması bir o qədər tənqidlə qarşılanır.

Təshil müddətinin uzadılmasına qarşı yaradılan elektron petisiyanı 10 min çox şəxs imzalayıb.

Alma-Ata İctimai Şuranın üzvü Arujan Sain düşünür ki, yeniliyi eşidən, nə baş verdiyini anlamayan insanlar narahat olaraq, müzakirələrə başlaması normaldır:

"Bu proqram hazırlanarkən ictimaiyyətə təqdim olunub, televiziya, radio və çap mediasında müzakirə edilib. Proqramın üzərində işləyənlər yeni medotun mahiyyətini izah ediblər”.
 

TƏKCƏ MALİYYƏ YOX, İNSAN RESURSLARI DA VACİBDİR

İctimai fəal Marqulan Seysembaev sosial şəbəkələrdə sorğu keçirib. İnternet istifadəçilərin sual edib ki, məktəblərdə nə artıqdır?

Sorğuya azı min istifadəçi qatılıb. Çoxluq lazimsız biliklərin verilməsi və müəllimlərin peşəkar olmadıqlarını qeyd edib. Bəziləri bir sinifdə çox sayda şagirdin olmasını da keyfiyyətli təhsilə əngəl görüblər.

"Ednovation” təşkilatının rəhbəri Marqulan Seysembaevin fikrincə, təhsildə təkcə maliyyə yox, insan resursları da vacibdir.

"Təhsil harda, kim, nə və necə suallarına cavab verməlidir”.

NAZİRLİK HƏLƏKİ "SUSUR"
 
İctimai tənqidlərdən sonra Təhsil və Elm Nazirliyi susmağa və tərəflərin dediklərini dinləməyə üstünlük verib. Hələ ki, ünvanlarına səslənən tənqidlərə və qaldırılan təşəbbüsləri münasibət bildirilməyib.

70 mindən çox ibtidai sinif müəllimi bu ildən tədrisi yeni metodika ilə aparacaq. Onlar təlim kurslarına da qatılıblar. Proqrama görə qarşıdakı tədris ilində yeni metod 5, 8 və 9-cu siniflərdə gerçəkləşsin. (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol