• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib

Türkiyə Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib
27.04.2016 15:53
Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunmasına sərt reaksiya verib.
 
APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:
 
"Rusiya işğalı altında olan Krımdakı faktiki rəhbərlik tərəfindən bir müddət əvvəl başlanan prosesin yekununda dünən – aprelin 26-da Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunduğu açıqlanıb. Krım Tatar Milli Məclisi soydaşlarımız Krım tatar xalqının hürr iradəsinin ifadəsi olan, demokratik yolla seçilmiş legitim təmsil və qərar orqanıdır. Məclisin fəaliyyətinin qadağan olunması yarımadanın Rusiya tərəfindən qeyri-qanuni şəkildə işğalı və ilhaqından sonra Krım tatarlarının birlik və bütövlüyünü hədəf alan addımların son həlqəsidir. Krım tatarları bu qərarla məruz qaldıqları hədə-qorxu siyasətinə boyun əyməyə və təslim olmağa məcbur edilir. Bu qərarı həm Krım tatar toplumuna qarşı yeridilən sistematik və kollektiv təzyiqin, həm də yarımadada yaşayanların təməl hüquq və azadlıqlarına vurulmaqda olan zərbələrin yeni bir təzahürü olaraq təəssüflə qarşılayır və qınayırıq. Türkiyə Krım tatarlarının haqlı mübarizəsini və Krım tatarlarına qarşı bu tip basqılara son verilməsi cəhdlərini qətiyyətlə dəstəkləməyə davam edəcək”.
 
Qeyd edək ki, Krım Ali Məhkəməsi Krım Tatar Milli Məclisini ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol