• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər təsadüfən dayanıqlı akkumulyator yaradıblar

Alimlər təsadüfən dayanıqlı akkumulyator yaradıblar
27.04.2016 21:43
Kaliforniya Universitetində işləyən alimlər təsadüfən, demək olar ki, öz tutumunu itirmədən çoxlu sayda yenidən enerji doldurmaya dayanıqlı akkumulyator yaradıblar. 

"Popular Science” nəşri yazır ki, alimlər litium akkumulyatorda litium əvəzinə qızıl nanonaqillərdən istifadə ediblər. Alimlər tərəfindən keçirilmiş sınağın məqsədi sərtgövdəli batareyanın yaradılması olsa da, ancaq sınaq zamanı akkumulyator 200 min dəfə yenidən enerji doldurmaya dayanıqlılıq göstərib və bu halda öz başlanğıc tutumunun yalnız 5%-ni itirib.

"ICTnews” Elektron Xəbər Xidməti "nplus1.ru” saytına istinadən yazır ki, adi litium batareyasında elektrolit qismində istifadə edilən maye qısa qapanma və ya batareyaya intensiv təzyiq zamanı tezalışan qazların yaranması ilə səciyyələnən sürətli şəkildə qaynayır. Məsələn, qısa qapanma zamanı litium-ion akkumulyatorlarından ayrılan hidrogen maddəsi hava ilə birgə partlayış təhlükəli qarışıq yarada bilər. Alimlərin fikrincə, qızıl nanonaqillərdən istifadəyə əsaslanan elektroliz gelindən istifadə təhlükəsiz sərtgövdəli akkumulyatorlar yaratmağa imkan verəcək.

Yeni akkumulyatorda nanonaqillər nazik manqan oksidi qatı ilə örtülüb. Bu halda elektroliz geli akkumulyatorda əlavə qoruma funksiyasını yerinə yetirir. Sınaq zamanı nanonaqillər həm elektroliz geli, həm də onsuz yenidən enerji ilə doldurulub. Gel olmayan halda artıq 4 min yenidən doldurmadan sonra korroziya nəzərə çarpırdı.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol