Türkiyədə məscid partladıldı

Türkiyənin şimal-qərbində Bursa şəhərində Ulu Camin məscidində törədilən partlayış zamanı 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Məlumata əsasən, partlayış yerli vaxtla saat 17:25-də baş veribş. Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Terror aktı istisna olunmur.
Hazırda hadisə yerinə təcili tibb yardım briqadaları cəlb edilib. Polis hadisə yerini mühasirəyə alıb.
www.ann.az
























