• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçdə dünya çempionu soydaşımız döyülüb

İsveçdə dünya çempionu soydaşımız döyülüb
28.04.2016 18:41
İsveç gündəmi Güney Azərbaycan türkü olan miqrantı təhqir edib, döyən polislər hadisəsi ilə çalxalanır. Ölkə mətbuatının əsas mövzusu da budur.

Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, İsveçli polislərin təzyiqinə məruz qalan və 16 ildir İsveçdə yaşayan təbrizli miqrant Əhəd Nobəxt mətbuata açıqlamasında bunaları deyib:   "Köçkün düşərgəsində bir dava oldu. O anda bir neçə polis bizim olduğumuz yerə gəldi. Mühafizəçilər polislərə məni göstərdi və polislər mənim üzərimə hücum etdi. Daha sonra məni məcbur maşına mindirərək meşəyə apardılar və orada məni maşından sürüyüb, atdılar. Yolda gedərkən polislərlə aramızda danışıqları telefonuma qeyd etdim. Polislər, ərəb olmadığım halda "geri dön ölkənə, şeytan ərəb" deyə üstümə qışqırdılar. Bütün səs danışıqları telefonumda qeyd olunub ".  

İsveç təhlükəsizlik xidmətindən hadisə ilə əlaqədər araşdırmalara başlandığı və qısa müddətdə polislərin məsulliyətə cəlb olunacağı qeyd edilib.

Döyülən miqrant keçən ay düşərgədə çıxan bir yanğında, yanğına ilk müdaxilə edən adam olaraq xilas etmə müdirliyindən mükafat almışdı.

İsveçdə yaşayan jurnalist Rahim Sadiqbəyli musavat.com-a deyib ki, bu hadisəni böyük üzüntü ilə qarşılayıb: "Əhəd bizim Əhəd Kigboxing üzrə dünya çempionudur . Həm də Yanğından Mühafizə İdarəsinin əməkdaşıdır. 16 ildir İsveçdə yaşayır. Polislərin hərəkəti tolerant İsveç cəmiyyətini də pis vəziyyətdə qoyur. Eyni zamanda, bu ölkədə faşizm meyllərinin, dözümsüzlüyün cücərdiyini göstərir".  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol