Rusiyada 7 min hektar meşə yanır

Rusiyada meşə yanğınları davam edir. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölkənin Uzaq Şərq hissəsində son bir sutka ərzində 40 yeni yanağın ocağı yaranıb. Alov ümumilikdə 6,9 min hektar ərazini əhatə edir. Rusiyanın Meşə Təsərrüfatı Fondundan verilən məlumata görə, Uzaq Şərq dairəsində iki sutka ərzində 42 yeni meşə yanğını olub.
Ümumilikdə ocaqların sayı 66-dır. Onlardan ən çoxu - 23-ü Amur vilayətininərazisinə düşür. Burada meşə alov meşə fondunun 5 min hektardan çox ərazisini əhatə edir. Xabarovskda 17, Yəhudi muxtar vilayətində 10, Primorskidə 5, Saxa respublikası (Yakutiyada) 5 ocaq var.
Yanğınların söndürülməsinə ümumilikdə min nəfərdən çox canlı qüvvə, 17-dən artıq texnika, o cümlədən 6 helikopter cəlb edilib.
Yanğınlar aprel ayının son ongünlüyündə başlayıb. Onların səbəblərinin nə olduğu isə açıqlanmayıb.
Tomsk vilayətində isə ağac-oduncaq anbarında yanğın başlayıb. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün 12 saatdan çoxdur ki, mübarizə aparırlar. Yanğın Asino şəhərinin Priçulmsk mikrorayonundadır.
Ağac məmulatları alovun yayılmasını sürətləndirir. Bunu nəzərə alaraq hadisə yerinə əlavə texniki vasitə və canlı qüvvələr də göndərilib. Son məlumata görə, ərazidə 150-dən çox yanğınsöndürən, 30 texnika çalışır.
Alov lokallaşdırılsa da, qarşısını tam almaq mümkün olmayıb. Hadisə nəticəsində ölən qeydə alınmayıb.
www.ann.az
























