• $
  • €
  • ₽
  • ₺
  • £

Məkkədə avtobuslar yandırılıb

Məkkədə avtobuslar yandırılıb
02.05.2016 11:22
Yerli media xəbərlərində avtobuslara aylardır maaşlarını ala bilməyən fəhlələr tərəfindən od vurulduğu ehtimal edilir.

əudiyyədə hakimiyyət orqanları Bin Laden ailəsinə məxsus şirkətin 7 avtobusunun yanması ilə bağlı araşdırmaya başlayıb.

Yerli media xəbərlərində avtobuslara aylardır maaşlarını ala bilməyən fəhlələr tərəfindən od vurulduğu ehtimal edilir.

Şirkətə məxsus minik avtomobillərinin pəncərələri də sınıq-sınıq edilib.

Səudiyyə polisinin sözçüsü Nayaf Sharif yanğın basqının işçilərin yaşadıqları ərazidə baş verdiyini təsdiq edib. O hadisə zamanı heç kəsin xəsarət almadığını bildirib.

İşdən qovulanlar əcnəbi fəhlələrdir

Bundan əvvəl Səudiyyə mətbuatı yazırdı ki, ölkənin ən böyük şirkətlərindən biri olan Bin Laden Group iqtisadi böhranla bağlı 200 min işçisindən 50 minini ixtisar etməyi planlaşdırır.

Bu şirkətdə işçilər azı dörd aydır ki, maaşlarını ala bilmirlər.

Xəbər verilir ki, şirkətin əsas müştərisi olan hökumət maaşların verilməsini dayandırmış və layihələri ləğv etmişdi.

Avtobusların yanmasından əvvəl şirkətin Riyaddakı inzibati binası qarşısında işçilərin etiraz aksiyası keçirilirdi.

Səudiyyənin əl-Vətən qəzeti yazır ki, işdən azad edilənlərin demək olar hamısı əcnəbi işçilərdir. Onların ölkədən çıxmasına birdəfəlik çıxış vizası verilsə də, işçilər getmək istəmirlər, çünki bu halda maaşlarını ümumiyyətlə ala bilməyəcklərindən ehtiyat edirlər.

Şirkətin ödənməyən maaşlar və müxtəlif məhkəmə çəkişmələri ilə bağlı borcunun 30 milyard dollara çatdığı xəbər verilir.

Üstəlik ötən il Bin Laden şirkətinə məxsus kranın aşaraq Məkkədə 107 nəfərin ölümünə səbəb olmasından sonra ona verilmiş tenderlər ləğv olunub.

Bin Laden qrupu əl-Qaedanın mərhum lideri Osama bin Ladenin atası Muhammad bin Laden tərəfindən təsis edilib.

Milyardlar qazanan şirkət milyardlarla borca düşüb

Bütün ərəb dünyasında ən böyük tikinti şirkətlərindən olan bu qrupun illik dövriyyəsinin 1 milyard dollar olduğu təxmin edilir.

Bu şirkət krallığın ən böyük tikinti layihələrini icra edib. Müqəddəs ocaqların yeniqurma işləri də bu şirkətə həvalə edilmişdi.

Şirkət bu yaxınlarda dünyanın ən hündür göydələni 1, 6 kilometrlik qüllənin ucaldılması üçün tenderin qalibi olmuşdu. Ciddədə tikiləcək bu binanın qiyməti 1, 23 milyard dollar olaraq dəyərləndirilir.

Bundan başqa şirkət Qətərin paytaxtı Dohada metro tikintisi üçün elan edilmiş tenderdə də qalib gəlmişdi.

Media xəbərlərinə görə Bin Laden qrupunun əsas kommersiya rəqibi Saudi Ojer şirkətinin də maliyyə vəziyyəti acınacaqlıdır.

Bu şirkət Livanın qətlə yetirilmiş baş naziri Rafik al-Hariri tərəfindən təsis edilmişdi.

Hazırda bu şirkətə onun oğlu başçılır edir. 56 min işçisinin aylardır maaşlarını ödəyə bilməyən şirkətin tezliklə müflis elan ediləcəyi gözlənilir. (Azadliq.org)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol