• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi
04.05.2016 12:07
 Ermənistan 200 milyon $ kredit çərçivəsində Rusiyadan silah almağa başladığını təsdiqləyib

"Mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesi artıq başlayıb”.
 
APA-nın "rus.azatutyun.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməyib. Bununla yanaşı, A. Ovannisyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: "Kredit barədə söhbət getməyəndə də biz planlı rejimdə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq".
 
A. Ovannisyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.
 
Xatırladaq ki, Rusiya Federasiyası Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon dollar kredit ayırıb. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol