• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: “Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”

Millət vəkili: “Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”
06.05.2016 11:30
"Ölkəmizin  prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”.
 
APA-nın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk deyib.
 
B. Kayatürk baş nazir Əhməd Davudoğlunun mayın 22-də fövqəladə qurultaya getmək barədə qərarının çox önəmli olduğunu söyləyib: "Mətbuat konfransında baş nazirimizin çox gözəl çıxışı oldu. Məclisdəki Ak Parti qrupu bundan sonra həmişə hörmətli Davudoğlunun haqq və hüquqlarını müdafiə edəcək, onun mübarizəsinə lazımi dəstəyi verəcək. Hal-hazırda Türkiyədə prezident üsul-idarəsinə ehtiyac ortaya çıxıb. Ak Partinin qurucusu və hərəkatın lideri, hörmətli Rəcəb Tayyib Ərdoğan bu ehtiyacı gördüyü üçün ölkənin prezident üsul-idarəsinə keçməsini istəyir. Ak Partinin millət vəkili qrupu və bütün təşkilatları hörmətli prezidentimizin ölkəni prezident üsul-idarəsinə keçirmə düşüncəsinə qeyd-şərtsiz dəstək verəcək, buna heç kimin şübhəsi olmamalıdır. Bu proseslərdə ölkəmizdə heç bir böhran və xaos yaşanmayacaq, hər şey qanun-qaydalar çərçivəsində həyata keçiriləcək, baş nazirimiz də bunu vurğuladı. Ak Parti qədim ənənələrimizdən vüsət almış bir hərəkat olduğuna görə, xalq bizdən dəstəyini heç vaxt əsirgəmir, bundan sonra  da əsirgəməyəcəyinə inanıram. Prezidentimiz də bu inamı daşımaqdadır. Biz həm Türkiyənin, həm də dünyada əzilən müsəlmanların ümidi olan siyasi hərəkatıq. Bundan sonrakı mərhələdə Türkiyənin prezident üsul-idarəsinə keçməsi üçün lazım olan təməlin hazırlanmasıyla məşğul olacağıq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol