• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə xüsusi təyinatlıları Suriyada əməliyyat aparıb

Türkiyə xüsusi təyinatlıları Suriyada əməliyyat aparıb
08.05.2016 15:29
 Dünən gecə Türkiyə xüsusi təyinatlıları Suriyada İŞİD terror təşkilatının nəzarətində olan ərazilərdə əməliyyat keçirib.
 
APA-nın Türkiyənin "Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb bu ərazilərdən Türkiyənin Kilis şəhərinin mütəmadi atəşə tutulması olub.
 
Əməliyyatdan əvvəl ABŞ və Rusiya hərbi rəhbərliyi bu barədə məlumatlandırılıb. On gün ərzində aparılan hazırlıqdan sonra dünən gecə saat 01.30 (Bakı vaxtı ilə 00.30) radələrində 20 nəfər xüsusi təyinatlı Kilis mərkəzindən 14 km şərqdəki bölgədən Suriyaya daxil olub. Əməliyyatın detalları ilə bağlı Türkiyə Silahlı Qüvvələri hər hansı məlumat yaymasa da, əməliyyatın İŞİD-in həmin bölgədəki artilleriya və "Qrat” qurğuları ilə bağlı kəşfiyyat məlumatları toplamaq olduğu məlum olub. Xüsusi təyinatlıların əməliyyatı 4 saat davam edib. Xüsusi təyinatlıların geri dönməsindən sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarələri İŞİD-in nəzarətində olan Delha, Havar, Harcele, Barekatı və Karaköprü kəndlərinə 4hava hücumu həyata keçirib. Əldə edilən ilk görüntülərdə 48 İŞİD terrorçusunun öldürüldüyü, çoxlu sayda terrorçunun yaralandığı üzə çıxıb.Hava hücumlarından sonra İŞİD Suriyalı müxaliflərin nəzarətində olan bölgələrə hücumlarını dayandırıb. Axşam saatlarında isə Türkiyə ərazisindən artilleriya qurğularından ilə Hələbin Azez rayonuna bağlı Baragitah, Havar Kilis, Harcele və Delha bölgələrindəki İŞİD mövqelərinə zərbə endirilib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol