"Donald Trampı məğlub etməyə borcluyuq"

Amerika Birləşmiş Ştatlarında prezidentlik uğrunda mübarizə zaman daraldıqca gərginləşir. Bir neçə ştatda keçirilən praymerizlərdə demokrat Sanders yeganə partiyadaşı Hillari Klintonu geridə qoyub.
ANS TV-nin verdiyi məlumata görə ABŞ-ın Nebraska və Vest Virciniya ştatlarında növbəti praymerizlər keçirilib. İlkin seçki nəticələrinə görə Demokratlar partiyasından prezidentliyə namizdə Berni Sanders 51.1 faiz səs toplayaraq yeganə rəqibi keçmiş dövlət katibi Hilari Klinton üzərində qələbə qazanıb. Vermont ştatından olan yəhudi əsilli senatorun eyni zamanda Nebraska səsvermə nəticələrinə görə qalib gələcəyi gözlənilir.
Ümumi nəticələrə yəni deleqat sayına görə Klinton irəli olsa da, bundan öncə tərəfdarları qarşısında çıxışında "Sanders sonuncu səsverməyə kimi mübarizə aparacağını” bildirib. 19 ştatda praymeriz və koukus yəni qapalı səsvermənin qalibi olduğunu bildirən Sanders seçki kampaniyasına Demokratik cəbhənin vahid namizədliyini qazanmaq məqsədilə qoşulduğunu bildirib. O, vahid namizəd seçilməyəcəyi təqdirdə, Demokratlar partiyasında "həmrəyliyin, birliyin” olmasına çalışacağını deyib.
"Dövlət katibi Klintonla çox sayda fikir ayrılıqlarımız var, yalnız bir məsələdə ortaq məxrəcə gəlmişik, Donald Trampı məğlub etməyə borcluyuq” deyə Sanders bildirib.
www.ann.az