Senatorlar Braziliya prezidentinə etimadsızlıq göstərdi

Qərarın lehinə 81 senatordan 55-i səs verib
Braziliya prezidenti Dilma Rousseffin 180 gün müddətinə tutduğu vəzifədən azad edilməsi ilə bağlı impiçmentin lehinə 81 senatordan 55-i səs verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, senatorların 22-si isə qərarın əleyhinə olub.
Qeyd edək ki, müxalifəti təmsil edən deputatlar prezidentin vergi qanununun pozulmasında iştirak etməkdə və öz seçkisinin maliyyələşdirilməsində dövlət vəsaitindən yararlanmaqda ittiham edirlər.
www.ann.az
























