• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla sərhəd Dərbənd şəhərində antiterror əməliyyatı

Azərbaycanla sərhəd Dərbənd şəhərində antiterror əməliyyatı
29.05.2020 06:17
Dərbənd şəhərində dörd terrorçunun məhv edilməsi ilə başa çatdırıldığı bildirilən antiterror əməliyyatı səhər saatlarında davam edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Dağıstan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Buna səbəb kimi qaranlığın düşməsi göstərilir. 

"İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb"
 
Dünən Rusiya Federasiyasının tərkibində olan qədim Azərbaycan şəhəri Dərbənd şəhərində polislə silahlılar arasında atışma baş verib. Əməliyyatın gedişində 17 polis əməkdaşı yaralanıb, iki nəfər xüsusi təyinatlı polis əməkdaşı qətlə yetirilib. Artıq İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.


Bu gün günortadan başlayan atniterror əməliyyatının keçirildiyi ərazi tam olaraq polis və xüsusi təyinatlıların mühasirəsindədir. 
Dərbənddə atışma: ölənlər var


Polis ehtimal edir ki, Dərbənd şəhərinin keçmiş başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülməsində silahlıların əli var.

Hacıəhməd Qazıəhmədov mayın 9-da öldürülüb. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, qətl hadisəsi səhər saatlarında baş verib. Qazıəhmədovun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi onun yaşadığı evdə tapılıb. Dərbəndin keçmiş başçısının atası əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol