• $
  • €
  • ₽
  • ₺
  • £

​Rusiyada problemli kreditlərin artım tempi iki dəfə sürətlənib

​Rusiyada problemli kreditlərin artım tempi iki dəfə sürətlənib
16.05.2016 22:47
Ekspertlər: Bu il problemli kreditlərin həcmi tədricən artacaq

 Rusiyada problemli kreditlərin artım tempi 2016-cı ilin ilk rübündə 2 dəfə artaraq 17,82% təşkil edib. "Report" Rusiya Birləşmiş Kredit Bürosuna (OKB) istinadən xəbər verir ki, hesabat dövründə 90 günü keçmiş problemli kreditlərin xüsusi çəkisi ilin əvvəlindən 0,85 faiz bəndi artaraq 13,35%-ə çatıb. Ümumiyyətlə, kredit ödəmələrini vaxtında həyata keçirməyən kredit müqavilələrinin sayı ilin əvvəlindən 800 min ədəd və ya 6,25% artaraq 13,6 mln. ədədə yüksəlib. 90 günü keçən problemli kreditlərin sayı isə 2016-cı ilin ilk rübü ərzində 670 min və ya 7% artaraq 10,2 mln. təşkil edib.

Ödəniş vaxtı keçən kreditlərin ümumi həcmi ilin əvvəlindən 67 mlrd. rubl (1,04 mlrd. ABŞ dolları) və ya 5,8% artaraq 1,217 trln. rubla (18,7 mlrd. ABŞ dolları) çatıb və məcmu kreditlərin 13,42%-nə bərabər olub. 90 günü keçən problemli kreditlərin həcmi isə 63 mlrd.rubl (0,97 mlrd. ABŞ dolları) və ya 5,7% artaraq 1,176 trln. rubla (18,1 mlrd. dollar) çatıb və məcmu kredit portfelinin 12,92%-ni təşkil edib.

Problemli kreditlərdə ən çox artım nağd pul kreditlərində qeydə alınıb. İlin əvvəlindən bu kreditlərin artım tempi 1 bənd artaraq 21,95%-ə yüksəlib. Problemli nağd pul kreditlərinin həcmi 755 mlrd. rubl (11,6 mlrd. dollar) və ya məcmu borcun 18,08%-nə bərabər olub.

Problemli avtokreditlərin artım tempi ilin əvvəlindən 0,8 bənd yüksələrək 13,9%-ə çatıb və 71 mlrd. rubl (1,1 mlrd. dollar) təşkil edib. Bu, məcmu kreditlərin 14,49%-ə bərabər olub.
Problemli kredit kartlarının məcmu kredit kartlarında xüsusi çəkisi ilin əvvəlindən 0,5 bənd artaraq 14,58% təşkil edib. Problemli kredit kartlarının həcmi 243 mlrd. rubl (3,74 mlrd. dollar) və ya məcmu kredit kartları üzrə borcun 26,24%-nə bərabər olub.

OKB-nin baş direktoru Daniel Zelenskiy bildirib ki, 2016-cı ilin ilk rübündə problemli kreditlərin artım tempi keçən ilin analoji dövrü ilə müqayisədə qənaətbəxş olub: "Bu, əsasən bankların kredit strategiyalarında dəyişikliklə izah olunur. Onlar borcalanlara qarşı tələbləri sərtləşdirməklə problemli kreditlərin həcmində stabillik yarada bilib. Bu il kreditləşmə tempinin sürətlənəcəyini proqnozlaşdırmırıq. Lakin problemli kreditlərin həcmi və xüsusi çəkisinin aşağı tempdə olsa da artacağını ehtimal edirik".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol