• $
  • €
  • ₽
  • ₺
  • £

"Eurovision" Ermənistanın təxribatına münasibət bildirdi

"Eurovision" Ermənistanın təxribatına münasibət bildirdi
17.05.2016 20:52
Ermənistan daha bir təxribata əl atmaqda davam edir.
 
ANS PRESS-in məlumatına görə, İrəvanda yaşayan Artur Ohanesyan Avroviziya-2016 müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başladıb. Avroviziya təşkilatçılarına ünvanlanan petisiya artıq 200 min səs toplayıb.

Petisiyanın yaranma günündən etibarən Rusiya mətbuatı ermənilərin təxribatını sürətlə yaymağa başlayıb. Change.org saytında yerləşdirilən petisiya hüquqi status daşımır. Məlumatda deyilir ki, Avroviziyada münsiflər heyətinin iş qrafiki çətin olduğundan qalibi düzgün seçə bilməyiblər və səsvermə yenidən keçirilməlidir.  

Petisiya haqqında  Avroviziya təşkilatçıları xəbərdar olduqlarını deyiblər. "Bizim petisiyadan məlumatımız var. Bu gün baxılacaq və Avropa Yayım Birliyinin qərarı bir müddətdən sonra açıqlanacaq”. Buna baxmayaraq Avroviziyanın mətbuat katibi Pol Cordan səsverməyə yenidən baxılacağına çox az şans olduğunu deyib.

Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Onun ifa etdiyi "1944” adlı mahnı 534 səs toplayıb. Mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Stalin tərəfindən yurdlarından sürgün edilməsindən bəhs edir, nəqarət hissəsi türk dilindədir, söz və musiqisi ifaçıya məxsusdur.

Bir müddət əvvəl, Ermənistanda müsabiqənin yayım hüququna malik telekanal ikinci yarımfinalda Ukraynanı təmsil edən Camalanın ifası zamanı efiri kəsib.  Buna səbəb isə müğənninin "1944" mahnısının nəqarətini tatarca oxuması olub. Camalanın mahnısının nəqarətinda Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (AYB) qaydalarına ziddir.
 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol