• $
  • €
  • ₽
  • ₺
  • £

Matviyenko erməni təxribatına sərt cavab verdi

Matviyenko erməni təxribatına sərt cavab verdi
20.05.2016 21:45
Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası keçirilib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, iclasda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sessiyada ilk dəfə dünyanın iri parlamentlərarası assambleyalarının nümayəndə heyətləri, o cümlədən Avropa Şurası Parlament Assambleyasınn rəhbəri Pedro Aqramunt, ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın rəhbəri Saber Çoudhuri iştirak ediblər. 

İclasda müasir dövrün bir çox problemləri, o cümlədən terrorizm, ekstremizm, irqçilik, qaçqınlar və digər mühüm məsələlər müzakirə olunub. İclasdan sonra təşkil olunan mətbuat konfransında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov jurnalistlərin suallarını cavablandırıb. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib: 

"Hamımız münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Dağlıq Qarabağ münaqişəsindən danışarkən unutmamalıyıq ki, müharibə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparılır”.

Azərbaycan parlamentinin sədr müavini qeyd edib ki, ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların tribunalarından istifadə edərək öz sözünü deməli, ədalətli mövqeyini və tələblərini ortaya qoymalıdır: 

"Bizim arxamızda güclü dövlətimiz, iqtisadiyyatımız, güclü ordumuz var və buna görə də hər yerdə başımızı dik tutaraq öz sözümüzü deyə bilirik. Aprel döyüşlərindən sonra dünyada gedən proseslərdə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olduq. Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasət sayəsində hazırda əksər dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir”.

Qeyd edək ki, mətbuat konfransı zamanı ermənipərəst "Regnum” agentliyi təxribata əl atıb.

Agentliyin müxbirinin Azərbaycan nümayəndəsinə ünvanlanmış "ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri salonu niyə tərk etdi” kimi təxribat xarakterli sualına Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavab verərək Azərbaycan nümayəndə heyətinin salonu tərk etmədiyini, nümayəndə heyəti üzvlərinin əvvəlcədən planlaşdırılmış görüşə getdiyini bildirib.

Xatırladaq ki, ATƏT PA sədri İ. Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair uzun illərdir müxtəlif beynəlxalq tədbirlərdə səslənən məlum fikirləri söyləyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol