• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurların 800 maşını əllərindən alındı

Məmurların 800 maşını əllərindən alındı
21.05.2016 15:28
Maşınları saxlamaq, təmir etmək 2 milyon dollara başa gəlir...

Ermənistan hökuməti apararının rəhbəri Davit Harutyunyan hökumətin iclasında bildirib ki, illlərlə vergi ödəyicilərinin hesabına saxlanılan yüzlərlə avtomobil artıq hökumətə lazım deyil. O deyib ki, hökumət bu maşınlarsız da işləyə bilər.

Onun sözlərinə görə, ümumilikdə 797 xidməti avtomobil ixtisara salınacaq. Onların 107-si birbaşa büdcədən maliyyələşən dövlət strukturlarına, 690-ı isə dövlət qeyri-kommersiya təşkilatları, qapalı səhmdar cəmiyyətləri və fondlara aiddir.

O əlavə edib ki, baş nazirin nəzarət xidməti müntəzəm olaraq bu avtomobillərdən istifadənin məqsədə uyğun olub-olmamasını öyrənəcək. Dövlət strukturlarının saytlarında isə hər bir xidməti avtomobilin kimə xidmət etdiyi, markası, ili, motor gücü və dövlət nömrəsi yerləşdiriləcək.

Əmək və sosial məsələlər naziri Artyom Asatryan jurnalistlərə deyib ki. onun rəhbərlik etdiyi qurumda 41 avtomobil ixtisara düşüb. Azadlıq Radiosunun "bəs bu, nazirliyin işinə mane olmayacaqmı" sualına cavab olaraq nazir deyib ki, mane olmaması üçün hər şey nəzərə alınıb.

Hökumətin digər üzvləri də yekdilliklə bildiriblər ki, xidməti avtomobillərin ixrisarı onların rəhbərlik etdiyi qurumların işinin effektivliyinə təsir etməyəcək. Ancaq ötən ilin sonunda 2016-cı il üçün dövlət büdcəsinin təsdiq olunması zamanı xidməti avtomobillərin sayı birdən-birə 83 ədəd artırılaraq 1100-ə çatdırıldığı zaman həmin şəxslər etiraz etməmişdilər.

Ötən il "Haykakan jamanak" qəzetinin iqtisadi icmalçısı Hayk Gevorkyan bu məsələni qaldıraraq Ermənistanı Danimarka ilə müqayisə etmişdi. O demişdi ki, dövlət büdcəsinin Ermənistanınkından 60 dəfə böyük olduğu Danimarkada cəmi 23 xidməti avtomobil var.

"Təkcə bu 1100 avtomobilə qulluq edilməsinə çəkilən xərc ildə 1 milyard dram, təxminən 2 milyon dollar təşkil edir," deyə o vurğulamışdı.

Ermənistan hökuməti dövlət sistemində işləyənlərin sayını da ixtisara salmağa hazırlaşır. Bunun üçün hətta xüsusi işçi qrup da yaradılıb. Baş nazirin müavininin rəhbərlik etdiyi bu işçi qrup hansı qurumda nə qədər işçinin ixtisara salınmalı olduğunu müəyyən edəcək. Qrupun iclasları gələn həftədən başlayacaq. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol