• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Çin ticarət müharibəsinə başlayıb

ABŞ və Çin ticarət müharibəsinə başlayıb
23.05.2016 19:37
İnvestorlar Çinin ABŞ-a hansı formada cavab verəcəyini gözləyir

ABŞ-ın Çin polad məhsullarına idxal rüsumlarını kəskin artırmasından sonra Çinin buna cavab verəcəyi gözlənilir. "Report" xəbər verir ki, investorların Çin iqtisadiyyatının canlanacağı barədə səslənən fikirlərə inamları getdikcə azalmağa başlayıb və bununla da bu ölkənin əmtəə bazarı ciddi problemlərlə üzləşib. Belə ki, dəmir filizinin qiyməti bu gün 7% , may ayı ərzində isə ümumiyyətlə 30%, polad armaturunun qiyməti bu gün 5%, mayda toplam 32% enib. Ekspertlər bu əmtəələr üzrə bazarın ən aşağı səviyyəyə enməsinin xeyli davam edəcəyini düşünürlər. Bundan başqa, ekspertlər Çinə xəbərdarlıq ediblər ki, izafi istehsal gücləri gec və ya tez qiymətlərin kəskin azalmasına və sektorun çətinliklərlə üzləşməsinə səbəb olacaq. Lakin ABŞ-ın idxal rüsumlarını artırılması ilə bağlı qərarınadək olan qiymətlər istehsalçıların hələ mənfəətlə işləməsinə imkan yaradırdı.

ABŞ-ın polad məhsullarına 522% idxal rüsumu tətbiq etməsindən sonra Çin əmtəə bazarında probləmlər kəskinləşməyə başlayıb. Bununla da faktiki olaraq Çindən ABŞ-a polad məhsullarının idxalı dayanıb. Qeyd edək ki, ABŞ bu qərarı 2015-ci ildə ölkədə fəaliyyət göstərən əsas poladtökmə şirkətləri olan "US Steel", "AK Steel Corp.", "Arcelor Mittal", "Nucor Corp." və "Steel Dynamics" tərəfindən verilən iddia ərizəsi əsasında qəbul edib.

ABŞ-ın bu qərarından sonra Çin ABŞ fond birjalarına neqativ təsir edəcək cavab tədbirlər axtarışına başlayıb. Bununla da Çin terli investorları kapitalın paylanması üzərində düşünməyə məcbur etmək niyyətindədir. Bundan başqa, istər Çin, istərsə də ABŞ fond birjalarında indekslərin yüksək səviyyədə saxlamaq bahasına milli iqtisadiyyatların "zənginlik yaratmasına" nail olmaq istəyir. Hazırda Çinin ABŞ-a hansı formada cavab verəcəyi maraqla izlənilir. Əsas məlum olan odur ki, artıq iki ölkə arasında ticarət müharibəsi başlayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol