• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov NATO-nun yaratdığı təhdidi zərərsizləşdirməyi vəd verdi

Lavrov NATO-nun yaratdığı təhdidi zərərsizləşdirməyi vəd verdi
25.05.2016 16:53
"Rusiya risk və təhdidlərin qarşısını almaq üçün bütün lazımi addımları atacaq”.

Rusiya sərhədlərində NATO-nun iştirakının möhkəmləndirməsindən dolayı milli təhlükəsizliyə qarşı yaranan təhdidi zərərsizləşdirmək üçün tədbir görəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov macar nəşri "Magyar Nemzet”a verdiyi müsahibəsində bildirib.

"Sözsüz ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında alyansın hərbi potensialını artırmaq da daxil olmaqla, Avropada qüvvələrin strateji sabitliyini pozmağa yönəlmiş kursu nəticəsində artan mənfi tendensiyaları, ABŞ yönümlü qlobal Avropa seqmentinin yaradılmasını görməməzlikdən gələ bilmərik”, - Lavrovun sözlərini RİA Novosti sitat gətirib.

O əmin edib ki, Rusiya milli təhlükəsizliyə yaranan risk və təhdidlərin qarşısını almaq üçün bütün lazımi addımları atacaq”.

Eyni zamanda XİN rəhbəri NATO-da sağlam dərrakənin üstün gələcəyinə və onun üzvlərinin qarşıdurma sxemlərini qurmaqdan imtina edəcəklərinə ümid etdiyini bildirib.

Nazir vurğulayıb ki, Brüssel Moskvaya öz tələblərini yeritməyə cəhd etdiyi şəkildə qarşılıqlı fəaliyyət forması daha olmamalıdır.

Onun sözlərinə görə, Rusiyaya sanskiyaların köməyi ilə təzyiq göstərmək cəhdi, ölkəni milli maraqlardan geri çəkilməyə vadar edə bilməz və Moskva məhdudiyyətlərin ləğv edilməsi məsələsini qaldırmaq niyyətində deyil.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol