• $
  • €
  • ₽
  • ₺
  • £

Mars Yerə maksimum yaxınlaşacaq

Mars Yerə maksimum yaxınlaşacaq
26.05.2016 09:38
Son on il ərzində ilk dəfə olaraq, bu həftə Mars Yerə maksimum yaxınlaşacaq və planetlər arasındakı məsafə 76 milyon kilometr təşkil edəcək.

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. Planetlər arasında ən yaxın məsafə isə mayın 30-da olacaq. 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən də az olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib ki, Mars və Yer Günəş ətrafında elektrik orbit üzrə hərəkət edir. Ona görə də onun Yerə yaxınlaşan, uzaqlaşan periodu olur. Belə zamanlarda Yerin səthində qravitasiya qüvvəsi çoxala bilər.

AMEA-nın Fiziologiya İnstitutunun direktor müavini Əhməd Hacıyev bildirib ki, Mars planetinin Yerə yaxınlaşıb uzaqlaşması təbii prosesdir. Yerlə Marsın qarşıdurmaları hər iki ildən bir, maksimal yaxınlaşma isə təxminən 15 ildən bir baş verir: "Mars planetinin Yerə yaxınlaşmasının insan orqanizminə olan təsiri ilə bağlı tədqiqatları haqqında məlumatlar mənə məlum deyil. Marsın yaxınlaşması ilə qravitasiyada müəyyən dəyişikliklər olarsa, bunun elmi əsası ola bilər. Belə məsələlər, məsələn, çəkisizlik, hipokineziya, hipodinamiya ilə bağlı fizioloji tədqiqatlar aparılır və onların nəticələri məlumdur. Bunların orqanizmə, funksional sistemlərə mənfi təsirləri var, orqanizm müəyyən həddə qədər bu şəraitlərə adaptasiya oluna bilir".

Ə.Hacıyevin fikrincə, planetlərin yaxınlaşması, "dünyanın sonu" və bu kimi belə informasiyaların yayılması insanlarda həyəcan, qorxu yaradır: "Müxtəlif xəstəlikləri, xüsusilə sinir sisteminin pozulmaları olan insanlar üçün belə xəstəliklərin ziyanının olması şübhəsizdir. Bu nöqteyi-nəzərdən belə xəbərlərin, oxşar təbiət hadisələrinin şərhində elmi əsasları olmayan fikirlərin yayılması düzgün deyil". \anspress.com


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol