• $
  • €
  • ₽
  • ₺
  • £

XİN başçısı: "Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır"

XİN başçısı: "Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır"
26.05.2016 11:12
Azərbaycan hər iki ölkə ilə münasibətlərinin genişləndirilməsində maraqlıdır

"Həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlığın demək olar, bütün sahələrində münasibətlər dinamik şəkildə inkişaf edir. Azərbaycan hər iki ölkə ilə münasibətlərin genişləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year 2016" jurnalına müsahibəsində Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

"Azərbaycanın həm strateji müttəfiq kimi Türkiyə, həm də strateji tərəfdaş kimi Rusiya ilə əlaqələri tarixi köklərə malikdir. İmzalanmış sənədlər həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü əlaqələrin daha bir sübutudur", - deyə E.Məmmədyarov bildirib. O qeyd edib ki, Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti Azərbaycan üçün arzuedilən deyil.

"Həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz regionunda və onun kənarında təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycan hələ də bütün mümkün yollarla hər iki ölkə ilə əlaqələrinin genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq", - deyə Azərbaycan XİN başçısı bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol