• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin ekologiya naziri yeni müdafiə nazirinə etiraz olaraq istefa verib

İsrailin ekologiya naziri yeni müdafiə nazirinə etiraz olaraq istefa verib
27.05.2016 14:30
Avi Qabay hakim koalisiyadakı dəyişikliyə də hazır olmadığını vurğulayıb

İsrailin ekologiya naziri, "Kulanu" Partiyasının təmsilçisi Avi Qabay Aviqdor Libermanın müdafiə naziri təyin edilməsinə etiraz olaraq istefa verib.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Reşet Bet" radiostansiyası məlumat yayıb.

Avi Qabayın qənaətincə, Aviqdor Libermanın müdafiə naziri təyin edilməsi İsrailin təhlükəsizliyinə laqeydliyin göstəricisidir.
Bundan başqa A.Qabayın hakim koalisiyadakı dəyişikliyə də hazır olmadığını vurğulayıb: "Libermanın müdafiə naziri təyin edilməsi cəmiyyətdə parçalanmanın dərinləşməsi və radikallaşma ilə nəticələnə bilər".

A.Qabay isə İsrail parlamentinin (Knesset) deputatı deyil. Yeni ekologiya naziri hələ ki, təyin edilməyib.

Xatırladaq ki, A.Qabay təbii qaz sənayesinin tənzimlənməsi haqda razılaşma zərfinin parlamentdə müzakirəsi zamanı sənədin əleyhinə olub. 
Qeyd edək ki, mayın 25-də "Likud" və "İsrail bizim evimizdir" partiyaları arasında koalisya hökumətinin qurulması haqda razılaşma imzalanıb.
İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdikdən sonra onun yerinə "İsrail bizim evimiz" Partiyasının sədri Aviqdor Liberman təyin edilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol