• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada sosial şəbəkələrdə təhqirə görə cərimə tətbiq ediləcək

Rusiyada sosial şəbəkələrdə təhqirə görə cərimə tətbiq ediləcək
02.06.2016 18:24
Mənəvi zərərə görə məhkəməyə təzminat üçün şirkətlər də müraciət edə biləcək

Rusiyada internet informasiya vasitələrində, xüsusən də sosial şəbəkələrdə təhqirə yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. "Report"un "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya Federal Notarial Palatası sosial şəbəkələrdə təhqir və istehza faktlarını təsdiq edən yazışmaların skrin-şotlarını təsdiq etmək hüququ əldə edib və bu sənəd məhkəmə prosesinin başlaması üçün əsas ola bilər. Nəticədə, iddiaçı dəyən mənəvi zərərə görə təzminat almaq hüququ əldə edir. 

Rusiya Cinayət Məcəlləsinə görə, istər öz, istərsə də üçüncü şəxs barədə informasiyanı təsdiq etmək, daha sonra isə notarial qaydada təsdiqlənmiş skrin-şotu məhkəmədə sübut qismində istifadə etmək olar.

Ekspertlər hesab edirlər ki, bu xidmət çox populyarlıq qazanacaq. Mənəvi zərərə görə məhkəməyə təzminat üçün təkcə fərdi istifadəçilər deyil, işgüzar nüfuzuna xələl dəymiş şirkətlər də müraciət edə biləcək.

Məsələnin çətin tərəfi ondan ibarətdir ki, məhkəmə prosesini udmaq üçün skrin-şotla yanaşı, səhifənin konkret şəxsə mənsub olduğunu sübut etmək, cavabdehlərin əhatəsini müəyyən etmək lazımdır. Bundan başqa, istifadəçi özü barəsində məlumatların yayılması faktını da sübuta yetirməlidir.

Qeyd edək ki, şər-böhtan xarakterli yazılara görə fiziki şəxslərin cəriməsi 3-5 min rubl (68-113 manat) nəzərdə tutulub. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol