• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Davudoğlunun yeni kitabı çıxıb

Əhməd Davudoğlunun yeni kitabı çıxıb
03.06.2016 20:45
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun "Mədəniyyətlər və şəhərlər" adlı yeni kitabı işıq üzü görüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu kitab iyunun 10-dan köşklərə satışa veriləcək.

İnformasiyaya əsasən, yeni kitab 3 bölümdən ibarətdir: "Şəhərlərlə ilk tanışlığım: Məkanın izləri", "Şəhər tarixinin salnaməsi və Osmanlı şəhəri", "Tarixin predmeti olaraq şəhər: Mədəniyyətlər tarixi və şəhərlərin məhvəri".

Əhməd Davudoğlu kitabına "İstanbul və Konya: Şəhərin dərkində ustadlarım" fəsli ilə başlayıb. O, Məkkə, Mədinə, Venesiya, Timbuktu, Afina, Moskva, Amsterdam, İskəndəriyyə, Sarayevo və Selanik kimi çoxlu sayda şəhərlərdən bəhs edərək, onların tarixini təhlil edib.

Məlumata görə, ölkənin keçmiş baş naziri bu kitabın üzərində uzun müddətdir işləyirmiş. Əhməd Davudoğlu "Strateji dərinlik: Türkiyənin beynəlxalq mövzusu", "Nəzəriyyədən təcrübəyə: Türkiyənin xarici siyasəti üzərində çıxışlar", "Alternativ və paradiqma" kimi çox sayda kitabın müəllifidir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol