• $
  • €
  • ₽
  • ₺
  • £

Şəxsi mesajları oxuyan süni intellekt sistemi istifadəyə verilib

Şəxsi mesajları oxuyan süni intellekt sistemi istifadəyə verilib
03.06.2016 23:59
"Facebook” şirkəti tərəfindən istifadəyə verilmiş "Deeptext” adlı süni intellekt sistemi səhifədəki yazıları və istifadəçilərin mesajlarını təhlil edəcək, həmçinin müxtəlif əməliyyatlar təklif edəcək.

Məsələn, istifadəçi öz səhifəsində qabyuyan maşının satışı barədə elan yerləşdirmək istəsə, "Deeptext” süni intellekt sistemi məhsulların satışı üçün nəzərdə tutulmuş xüsusi yazı tipi yaratmağı təklif edəcək.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən yazır ki, "Deeptext” sistemi həm də "Messenger” proqramında mesaj mübadiləsi üçün daha geniş imkanlar təklif edəcək. Məsələn, əgər istifadəçi səfər etmək zərurəti haqqında yazsa, sözügedən süni intellekt sistemi bu məlumatı "Facebook”un botuna ötürəcək və sonuncu istifadəçiyə taksi çağırmağı təklif edəcək.

"Deeptext” süni intellektinin əsas vəzifələrindən biri kontentin fərdiləşdirilməsidir. "Facebook” kompüter təlimindən istifadə etməklə  istifadəçilərin maraq dairəsini daha yaxşı anlamaq və onlara müvafiq kontent təklif etmək niyyətindədir.

Digər bir mühüm məsələ istifadəçiləri sosial şəbəkənin digər iştirakçılarının təhqir və aqressiv davranışından müdafiə etməkdir. "Deeptext” yalnız mətn mesajlarında deyil, həm də şəkillərdə aqressiyanı ayırd edə bilir.

Süni intellekt sistemi saniyədə 20 dildə bir neçə min yazını təhlil edə bilər. Məlumat üçün bildirək ki, hər saniyə "Facebook” sosial şəbəkəsində təxminən 6700 yazı və 2100 şərh generasiya edilir.

Lakin yazışmaların robot tərəfindən oxunulması istifadəçilərin narazılığına səbəb ola bilər.

2016-cı ilin mayında mesajların tərkibinin oxunulması və sosial şəbəkə istifadəçilərinin bir-birləri ilə mübadilə etdikləri istinadların skan edilməsinə görə "Facebook” şirkətinə qarşı kollektiv iddia qaldırılıb.
Xatırladaq ki, Mark Zukerberqin şirkəti süni intellektin öyrənilməsi üzrə bir neçə laboratoriya inşa edib. Üçüncü belə laboratoriya 2015-ci ilin iyununda Parisdə açılıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol